Ezonn Xəbər

2027-ci ildə əhaliyə sosial ödənişlərin 9 milyard manata yaxınlaşacağı gözlənilir

2027-ci ildə əhaliyə sosial ödənişlərin 9 milyard manata yaxınlaşacağı gözlənilir
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci il üçün proqnozları açıqlanıb. Məlumatlara görə, fond həmin ildə əhaliyə 8 milyard 950 milyon manat ödəməyi planlaşdırır. Bu rəqəm, 2026-cı illə müqayisədə 753 milyon 600 min manat artım deməkdir. Banker.az-a istinadən bildirilib ki, 2027-ci il üçün DSMF-nin ümumi xərclərinin 9 milyard 273 milyon manat olacağı gözlənilir. Xərclərin 96,5 faizi əhaliyə yönələcək ödənişlərə sərf olunacaq. Bu ödənişlərin 8 milyard 669 milyon manatı pensiyalara, 280 milyon 600 min manatı isə sosial sığorta hesabına verilən müavinətlərə ayrılacaq. Eyni zamanda, 2027-ci ildə pensiyaların təxminən 7,5 faiz indeksləşdiriləcəyi proqnozlaşdırılır. Bu dəyişikliklə orta aylıq pensiyanın 639 manata, yaşa görə orta aylıq pensiyanın isə 680 manata çatması gözlənilir. Proqnozlara görə, fondun 2027-ci il üzrə gəlirləri 9 milyard 221 milyon manat təşkil edəcək. Bu, 2026-cı ilin proqnoz göstəricisindən 897 milyon 400 min manat və ya 10,8 faiz daha yüksək bir rəqəmdir.