"Atlant"ın rəhbəri Tahir Qədəşov vəfat etdi

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Nabranda fəaliyyət göstərən "Atlant" Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov vəfat edib. O, ürək çatışmazlığı nəticəsində dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Qədəşovun kürəkəni, "Təbriz" MTK-nın rəhbəri Nofəl Hacıyev 16 noyabr 2023-də Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təcili tibbi yardıma ehtiyac duyan Hacıyev, istintaq zamanı dələduzluq ittihamları ilə barəsində cinayət işi açılmışdır.
Hacıyevin barəsində irəli sürülən ittihama əsasən, 2018–2022-ci illərdə “Təbriz” MTK-nın tikilməkdə olan binalarındakı mənzilləri bir neçə şəxsə sataraq, 171 vətəndaşa 14 milyon manatdan çox ziyan vurduğu iddia edilir. İstintaqın məlumatlarına görə, bu vəsaitlər "Atlant" istirahət mərkəzinin təmir-tikinti işlərində istifadə olunub.
Məhkəmə qərarı ilə "Atlant" Ailəvi İstirahət Mərkəzi müsadirə olunub. Satış prosesinin hərrac yolu ilə həyata keçiriləcəyi, əldə olunan vəsaitin isə zərər çəkmiş vətəndaşların ziyanlarının ödənilməsinə yönləndiriləcəyi açıqlanıb. İş üzrə digər təqsirləndirilən şəxs, "Təbriz" MTK-nın icraçı direktoru Talış Məhəmmədov isə şərti cəza ilə əfv edilib.