Kiyevdə 3 körpü zədələnib, hərəkət məhdudlaşdırılıb
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Ukraynanın paytaxtı Kiyev noyabrın 20-nə keçən gecə baş verən ballistik zərbələr nəticəsində 3 körpünün zədələndiyi bildirilir. Hadisə ilə bağlı məlumatı Kiyev meri Vitali Kliçko verib.
Kliçkonun sözlərinə görə, zədələnmə Podolsk-Voskresenski körpü keçidində baş verib, bu səbəbdən sağ sahildən sol sahilə hərəkət müvəqqəti olaraq bağlanıb. Darnitski körpüsündə də zərərin miqyası, hava hücumu xəbərdarlığı bitdikdən sonra qiymətləndiriləcək.
Həmçinin, cənub körpüsündə də hərəkət məhdudlaşdırılıb. Burada yalnız çəkisi 10 tona qədər olan avtomobillərin və 18 tona qədər olan ictimai nəqliyyatın sol sahildən sağ sahilə keçməsinə icazə verilir.
Kliçko sakinlərə tövsiyə edib ki, zərurət olmadıqda şəxsi avtomobillərlə şəhərə çıxmasınlar. O, həmçinin, müəssisələrə əməkdaşlar üçün distant iş rejimi tətbiq etməyi önermişdir. Enerji sistemində gərginliyin olmaması səbəbindən, Peçersk, Solomenski və Qoloseyev rayonlarının bir hissəsində trolleybusların hərəkəti müvəqqəti dayandırılıb.