Ezonn Xəbər

Ağdamda Şəhər Günü ilə bağlı hərbçilərin və Qarabağ atlarının yürüşü başa çatıb

Ağdamda Şəhər Günü ilə bağlı hərbçilərin və Qarabağ atlarının yürüşü başa çatıb
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. 20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində hərbçilərin və Qarabağ atlarının yürüşü yekunlaşıb. Yürüş, şəhər küçələrindən başlayaraq İmarət Kompleksində başa çatıb. Şəhər Günü münasibətilə İmarət Kompleksində yerli istehsalçıların və sahibkarların müxtəlif məhsullarının sərgiləndiyi yarmarka da təşkil olunub. Bu tədbirlərin əsas məqsədi Ağdamın işğaldan azad olunması ilə bağlı Zəfər tarixini yaşatmaq və milli-mənəvi dəyərləri təbliğ etməkdir. Tədbirlərdə dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, Ağdam sakinləri, qonaqlar və aidiyyəti qurumların əməkdaşları iştirak ediblər. Bu ildən etibarən Ağdam şəhərində Şəhər Günü münasibətilə silsilə əyləncə və mədəni tədbirlər davam edir. Ağdamda keçirilən tədbirlər Azərbaycanın müxtəlif dövlət qurumları, o cümlədən Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Qarabağ Dirçəliş Fondu, Atçılıq Federasiyası, Aqrar Tədarük və Təchizat ASC və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə gerçəkləşir.