Ezonn Xəbər

Ağdamda Şəhər Günü ilə bağlı hərbçilərin və Qarabağ atlarının yürüşü olub

Ağdamda Şəhər Günü ilə bağlı hərbçilərin və Qarabağ atlarının yürüşü olub
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. 20 Noyabr tarixində Ağdamda Şəhər Günü münasibətilə hərbçilərin və Qarabağ atlarının yürüşü təşkil olunub. Yürüş şəhərin müxtəlif küçələrindən keçərək İmarət Kompleksində başa çatıb. Tədbirin çərçivəsində İmarət Kompleksində yerli istehsalçıların və sahibkarların məhsullarının təqdim edildiyi yarmarka da qurulmuşdur. Yarmarkada müxtəlif istehsal sahələrinin məhsulları nümayiş olunub. Yürüşdə dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, Ağdam sakinləri, qonaqlar və müvafiq qurumların əməkdaşları iştirak ediblər. Bu tədbirlər Ağdam şəhərində Şəhər Günü münasibətilə təşkil olunan silsilə mədəni tədbirlərdən biridir. Tədbirlərin təşkilatçıları arasında Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Qarabağ Dirçəliş Fondu, Atçılıq Federasiyası, Aqrar Tədarük və Təchizat ASC və Dövlət Turizm Agentliyi yer alır. Hazırda Ağdam şəhərində Şəhər Günü münasibətilə digər ictimai-mədəni tədbirlər də davam edir.