Ezonn Xəbər

Gəncədə xəstəxanada palata yoldaşını öldürdü: məsuliyyətdən azad edildi

Gəncədə xəstəxanada palata yoldaşını öldürdü: məsuliyyətdən azad edildi
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Gəncədə bir xəstəxanada palata yoldaşı Miri İsmayılovu öldürməkdə şübhəli bilinən Zaur Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilib. Hakim Bəhruz Müslümovun rəhbərliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmə qərarına əsasən, Zaur Mustafayev cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş sayıldığı üçün cinayət məsuliyyətindən azad edilib. Bu səbəbdən onun barəsində tibbi xarakterli məcburi tədbir olaraq “ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə” təyin edilib. Qeyd edək ki, hadisə 2023-cü ilin aprel ayında Səhiyyə Nazirliyinin tabeliyindəki Gəncə Psixiatriya Xəstəxanasında baş verib. İttihama görə, Zaur Mustafayev palata yoldaşı Miri İsmayılovun qollarını arxadan bağlayaraq, onunla çörək yeyə biləcəyini yoxlamaq məqsədilə bu hərəkəti etdiyi bildirilib. O, iki gün əvvəl palatadakı çarpayıların üstündəki döşəklərdən götürdüyü ipdən istifadə edərək Miri İsmayılovun əl-qolunu bağlayıb. Daha sonra isə Zaur Mustafayev, Miri İsmayılovu kəndirlə boğaraq öldürüb. Zaur Mustafayev Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.