Ezonn Xəbər

Qaxda yeniyetmənin idarə etdiyi avtomobil aşıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Qaxda yeniyetmənin idarə etdiyi avtomobil aşıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Qax rayonunda, 19 noyabr tarixi saat 16:00 radələrində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb. Hadisənin yerinə, qəzaya səbəb olan avtomobili yeniyetmənin idarə etdiyi bildirilir. TƏBİB-in məlumatına görə, xəsarət alan şəxslər Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Onlara başın və bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub. Hazırda yaralılardan 2-nin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, onların vəziyyəti stabil qiymətləndirilir. Xəsarət alanlar arasında 16 yaşlı Yusif Aslanlı, 16 yaşlı Elgün Buğdaliyev, 16 yaşlı Qədir Məmmədli və Bakı şəhər sakini 15 yaşlı Anar Əfəndizadə var. Qəza nəticəsində yaralanmış həmin yeniyetmələrdən biri, Yusif Aslanlı, əlavə müayinə üçün Zaqatalada fəaliyyət göstərən özəl tibb müəssisələrindən birinə yönləndirilib. Digər üç yeniyetmənin müayinə və müalicəsi hələ də Qax Rayon Mərkəzi Xəstəxanasında davam edir. Hadisənin təfərrüatları araşdırılır və səbəbləri müəyyən ediləcəkdir.