Ezonn Xəbər

Qaxda yeniyetmənin idarə etdiyi avtomobil aşıb: 5 nəfər xəsarət alıb

Qaxda yeniyetmənin idarə etdiyi avtomobil aşıb: 5 nəfər xəsarət alıb
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Qax rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində 5 nəfər xəsarət alıb. Hadisə 19 noyabr tarixində saat 16:00 radələrində qeydə alınıb. Xəsarət alan şəxslər Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. TƏBİB-in məlumatına görə, yaralılara başın və bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub. Hazırda onlardan 2 nəfərin müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir və vəziyyətləri stabil qiymətləndirilir. Vəziyyətləri qənaətbəxş olan 3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb. Qəza nəticəsində xəsarət alan dörd yeniyetmədir: 16 yaşlı Yusif Aslanlı, 16 yaşlı Elgün Buğdaliyev, 16 yaşlı Qədir Məmmədli və 15 yaşlı Bakı sakini Anar Əfəndizadə. Onların hamısı müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. İlkin məlumata əsasən, hadisə yeniyetmənin idarə etdiyi minik avtomobilinin idarəetmədən çıxaraq aşıb qaydasında baş verib. Yusif Aslanlı əlavə müayinə üçün Zaqatalada fəaliyyət göstərən özəl tibb müəssisəsinə göndərilib, digər üç yeniyetmənin müalicəsi isə Qax Rayon Mərkəzi Xəstəxanasında davam edir.