Ezonn Xəbər

Azərbaycanda Çin vətəndaşlarının təmsil etdiyi üç avto şirkət yaradılıb

Azərbaycanda Çin vətəndaşlarının təmsil etdiyi üç avto şirkət yaradılıb
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda üç yeni avto şirkət qeydiyyata alınıb. Bu şirkətlər “Silk Motors”, “Minz Motors” və “Nova Drive Avto” MMC-ləridir. Hər birinin nizamnamə kapitalı 50 min manatdır, və bütün şirkətlərin qanuni təmsilçiləri Çin vətəndaşlarıdır. “Silk Motors” MMC sentyabrın 1-də qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Zhang Yuguangdır. Bu şirkət avtomobil istehsalından tutmuş, satış və servis xidmətlərinə qədər geniş spektrə xidmət göstərəcək. Digər iki şirkət, “Minz Motors” MMC və “Nova Drive Avto” MMC isə sentyabrın 14-də təsis olunub. Onların qanuni təmsilçiləri müvafiq olaraq Li Jun və Dong Maoxindir. Bu şirkətlərin fəaliyyət göstərəcəyi sahələr və bazar strategiyaları hələlik tam açıqlanmayıb. Yeni yaradılan bu şirkətlərin bölgənin avtomobil bazarına təsiri və perspektivləri maraq doğurur. Onların fəaliyyətinin gələcəkdə hansı nəticələr verəcəyi zamanla aydın olacaq. Eyni zamanda, bu addım, ölkədə xarici investisiyaların artığını əks etdirir.