Ezonn Xəbər

ABB DAVR-a lisenziya verildi

ABB DAVR-a lisenziya verildi
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Özbəkistan Respublikasının Mərkəzi Bankı, 18 noyabr 2026-cı il tarixində Davr Bankın əsas səhmdarı olan ABB-nin bu ölkədə ABB DAVR brendi ilə fəaliyyətinə lisenziya verib. Bu qərar, bankın markalarının rebrendinq prosesini və ABB Maliyyə Qrupuna inteqrasiyasını əhatə edir. Rebrendinq çərçivəsində Davr Bankın filiallarının, veb-saytının və digər xidmət kanallarının korporativ görüntüsünün mərhələli şəkildə yenilənməsi planlaşdırılır. ABB DAVR-ın Müşahidə Şurasının yeni tərkibdə ilk iclası artıq keçirilib. İclasda ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli, Müşahidə Şurasının sədri seçilib. Xatırladaq ki, Səhmdarların Ümumi Yığıncağının 9 oktyabr 2026-cı il tarixində verilmiş qərara əsasən, Müşahidə Şurasının tərkibində Taleh Tahirli, Aqşin Əmirov və üç müstəqil üzv – Şəfəq Həsənova, Farhad Roziyev, Said Abdunabiev yer alıb. Şura, audit, risklərin idarə edilməsi, kadrlar və mükafatlandırma, strateji planlaşdırma və informasiya texnologiyaları üzrə beş komitə yaradıb. Müşahidə Şurasının sədri Taleh Tahirli bildirib ki, onların əsas prioriteti Özbəkistanda biznesin, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir. O, yerli mütəxəssislər və rəhbər kadrların inkişafını davam etdirərək, komandaların fəaliyyətinin səmərəliliyini artırmağı planlaşdırdıqlarını vurğulayıb. Hal-hazırda ABB DAVR, 2 milyondan çox müştəriyə, 1,800-dən çox əməkdaşa, 43 filial və xidmət mərkəzinə sahibdir. Bankın aktivləri 2 milyard manatdan çoxdur və xüsusilə kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində fəal işləyir.