Ezonn Xəbər

Ağdamda Şəhər Günü münasibətilə hərbçilərin və Qarabağ atlarının yürüşü

Ağdamda Şəhər Günü münasibətilə hərbçilərin və Qarabağ atlarının yürüşü
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. 20 Noyabr tarixində Ağdam şəhərində Şəhər Günü münasibətilə hərbçilərin və Qarabağ atlarının yürüşü təşkil olunub. Yürüş, şəhərin küçələrindən başlayaraq İmarət Kompleksində başa çatıb. Bu mərasim çərçivəsində İmarət Kompleksində yerli istehsalçıların və sahibkarların müxtəlif məhsullarını təqdim edən yarmarka da fəaliyyət göstərib. Yarmarkada yerli məhsulların sərgisi təşkil edilib ki, burada Ağdamın zəngin mədəniyyətinin və iqtisadiyyətinin nümayiş etdirilməsi məqsəd güdülüb. Tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, Ağdam sakinləri, qonaqlar və aidiyyəti qurumların əməkdaşları iştirak ediblər. Bu cür tədbirlər, bölgənin sosial və mədəni həyatını canlandırmağa yönəlib. Hazırda Ağdam şəhərində Şəhər Günü münasibətilə bir sıra ictimai-mədəni tədbirlər davam edir. Bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Qarabağ Dirçəliş Fondu, Atçılıq Federasiyası, Aqrar Tədarük və Təchizat ASC və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.