Məleykə Abbaszadədən rektor təyin olunmasına münasibət

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Dünən Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə Məleykə Abbaszadə təyin edilib. Bu barədə sosial şəbəkə hesabında paylaşım edərək, Prezident İlham Əliyevə göstərdiyi etimada görə dərin minnətdarlığını ifadə edib.
Abbaszadə, bu təyinatın onun üçün böyük bir şərəf olduğunu vurğulayıb. "Gənclərimiz qarşısında daşıdığım məsuliyyəti hər zaman dərindən hiss etmişəm. Bu illər ərzində bizə güvənən hər kəsə və bütün vətəndaşlarımıza ürəkdən təşəkkür edirəm", - deyə bildirib.
O, DİM-dəki kollektivilə sağollaşdığını və birlikdə keçirdikləri illəri xatırladığını qeyd edib. "İlk dəfə 1999-cu ildə internet vasitəsilə vətəndaşlara məlumat çatdırdığımız günləri yaxşı xatırlayıram. O vaxt bu, həm yenilik, həm də çətin bir iş idi", - deyə Məleykə Abbaszadə əlavə edib.
Yeni fəaliyyəti ilə bağlı böyük vədlər vermək istəmədiyini ifadə edən rektor, universitetdə uğurların qorunması və inkişaf etdirilməsi, elmi potensialın gücləndirilməsi məqsədini güdəcəyini qeyd edib. Eyni zamanda, gənclərin müstəqil düşünmələrini və öz fikirlərini açıq ifadə etmələrini istədiyini bildirib.
"Bu gün gənclərimiz universitetdə öz suallarını sərbəst verə və gələcəkləri ilə bağlı müstəqil qərar verə bilsinlər. Bunun üçün əlimdən gələni edəcəyəm", - deyərək, Məleykə Abbaszadə, gənclərə olan ümidini ifadə edib.