Ezonn Xəbər

FHN Qusarda hoteldə təlim keçirib - VİDEO

FHN Qusarda hoteldə təlim keçirib - VİDEO
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Fövqəladə Hallar Nazirliyi (FHN) Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə Qusar rayonunun “Deluxe Park Qusar Resort & Spa” hotelində təlim keçirilib. Təlimin məqsədi fövqəladə hallar zamanı davranış qaydaları və yanğın təhlükəsizliyi məsələlərində müəssisə heyətinin biliklərini artırmaq olub. Təlimdə FHN-in Şimal Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin müvafiq canlı qüvvəsi və texnikası iştirak edib. müvafiq olaraq keçirilmişdir. Tədbirin nəzəri hissəsində FHN əməkdaşları, fövqəladə hallar və yanğınlar zamanı düzgün davranışın vacibliyini izah edərək, iştirakçılara ilkin yanğınsöndürmə vasitələrinin istifadəsinin əyani nümayişini həyata keçiriblər. Praktiki hissədə “Həyəcan” siqnalının verilməsi ilə hotel işçiləri tərəfindən şərti yanğına ilkin müdaxilə edilib. FHN-in yanğından mühafizə və xilasetmə bölmələri hadisə yerinə operativ şəkildə çataraq zərərçəkmişlərin təhlükəli ərazidən təxliyəsini və yanğının söndürülməsi əməliyyatlarını icra ediblər. Təlimin sonunda alınan nəticələr müzakirə edilib, yerinə yetirilməsi vacib olan tapşırıqlar verilib. Eyni zamanda, müəssisənin yanğın təhlükəsizliyi ilə bağlı məsul şəxsi heyətinə maarifləndirici materiallar təqdim olunub. Bu tədbir, fövqəladə hallara hazırlıq məqsədilə görülən profilaktik tədbirlər arasında əhəmiyyətli yer tutur.