Ezonn Xəbər

Azərbaycanda tanınmış iş adamı ürək çatışmazlığından öldü

Azərbaycanda tanınmış iş adamı ürək çatışmazlığından öldü
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. Nabranda yerləşən “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri olan Tahir Qədəşov dünyasını dəyişib. Onun ölümü ürək çatışmazlığı səbəbindən baş verib. Mərhumun nəşi bu gün Bakıdan Qubaya göndəriləcək və rayonun İsnov kəndində dəfn ediləcək. Xatırladaq ki, Qədəşovun kürəkəni Nofəl Hacıyev bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hacıyev “Təbriz” MTK-nın rəhbəri və “Atlant” istirahət mərkəzinin şəriklərindən biridir. Məhkəmənin qərarına əsasən, “Atlant” Ailəvi İstirahət Mərkəzi də müsadirə olunub. Araşdırmalar zamanı Hacıyevin 2018-2022-ci illərdə, “Təbriz” MTK-nın inşa etdiyi binalardakı mənzilləri təkrar satışa çıxararaq 171 vətəndaşın 14 milyon manatdan çox vəsaitini dələduzluq yolu ilə mənimsədiyi müəyyən edilib. O, əldə etdiyi pulları “Atlant”ın təmir-tikinti işlərinə xərcləyib. Məhkəmə hökmü ilə müsadirə olunan kompleks hərrac yolu ilə satılacaq, toplanan məbləğin isə zərər çəkmiş vətəndaşların ziyanlarının ödənilməsinə yönələcəyi bildirilir. Hacıyevin əksinə, “Təbriz” MTK-nın icraçı direktoru Talış Məhəmmədov isə şərti cəza alıb.