Ezonn Xəbər

Öz evindəki yanğını söndürə bilməyən Fransanın acınacaqlı mənzərəsi

Öz evindəki yanğını söndürə bilməyən Fransanın acınacaqlı mənzərəsi
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin daha bir təxribatçı bəyanatı ölkənin Cənubi Qafqazdakı gizli gündəliklərini gün üzünə çıxardı. Nazir Nikola Forissye, Azərbaycan-Ermənistan normallaşma prosesinə qarşı sərt ifadələr istifadə edərək, Fransanın neo-müstəmləkəçi düşüncələrindən hələ də qurtulmadığını sübut etdi. Bu, rəsmi Parisin selektiv yanaşmasının regionda baş verən gərginlikləri daha da artıracağına işarədir. Azərbaycan Xarici İşlər Nazirliyi, Fransanın birtərəfli qiymətləndirmələrinin sülhə deyil, yeni münaqişə ocaqlarının yaranmasına səbəb olduğunu vurğuladı. Bu açıqlamalar Fransanın, öz ölkəsində yaşanan dərin sosial-siyasi böhrandan xəbərsiz olduğunu göstərir. İndiki dövrdə Fransada polis zorakılığı, etiraz aksiyaları və insan hüquqları ilə bağlı qaranlıq vəziyyət davam edir. Son dövrlərdə, oktyabrın 5-də 15 yaşlı bir lisey şagirdinin polis qumbarasının təsiri ilə əlini itirməsi, müxtəlif şəhərlərdə məktəblilərin xəsarət alması, yüzlərlə protestantın yaralanması, yəni Fransadakı demokratiya vəziyyətinin nə dərəcədə ağır olduğunu göstərir. Ümumilikdə, bu etirazlarda 7 mindən çox insan saxlanılıb. Bu, söz və toplaşmaq azadlığının faktiki olaraq məhdudlaşdırıldığını ortaya qoyur. Eyni zamanda, habelə korupsiya qalmaqalları da Fransanın dövlət institutlarının çürüdüyünü nümayiş etdirir. Sabiq prezident və digər yüksək vəzifəli şəxslərin qanunsuz maliyyə əməliyyatları nəticəsində cəzalandırılması, ölkənin siyasi elitasının etibarının əsaslı şəkildə zədələndiyini göstərir. Fransa rəhbərliyinin Azərbaycana qarşı səsləndirdiyi ittihamların, bölgədəki problemlərə dair riyakarlıq olduğunu vurğulamaq lazımdır. Rəsmi Paris, öz daxili problemlərini həll etmədən, başqalarının işlərinə müdaxilə etməkdəni çəkinməlidir. Əks halda, öz evində yanğını söndürmədən başqalarına kömək etmək cəhdləri sadəcə acınacaqlı nəticələrə gətirib çıxara bilər.