Bu ilin 10 ayında neçə nəfərə müavinət və təqaüd verilib?

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu 2023-cü ilin yanvar-oktyabr aylarında 1 milyon 155 min şəxsə müavinət və Prezidentin aylıq təqaüdlərini ödəmişdir. Ödənilən vəsaitin ümumi məbləği 1 milyard 883 milyon manatdır.
Nazirlikdən əldə olunan məlumata görə, 526 min nəfərə müavinət olaraq 1 milyard 57 milyon manat, 408 min nəfərə Prezident təqaüdü olaraq 677 milyon manat, 221 min nəfərə isə sosial sığorta hesabına müavinət olaraq 149 milyon manat ödəniş həyata keçirilib.
Verilən məlumatda, ödənilən vəsaitlərin ötən ilin müvafiq dövrünə nisbətən artdığı qeyd olunmuşdur. Müavinətlər və təqaüdlər üzrə artım 10 faiz, sosial sığorta hesabına müavinətlər üzrə isə 3 faiz təşkil etmişdir.
Bundan əlavə, 2023-cü ilin 10 ayı ərzində 123 min nəfər üçün sosial ödənişlərin elektron sistem üzərindən təyinatı başlatılmışdır. 2019-cu ildən etibarən e-sistem üzərindən proaktiv qaydada 1 milyon müavinət və təqaüd təyinatı həyata keçirilmişdir.