Ezonn Xəbər

“Trendyol”da “Əfsanə günlər ” başlır

“Trendyol”da “Əfsanə günlər ” başlır
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Türkiyənin aparıcı e-ticarət platforması olan “Trendyol”, noyabr ayında gözlənilən geniş alış-veriş kampaniyasını başlayır. "Əfsanə günlər” kampaniyası 22-28 noyabr tarixlərində keçiriləcək və Azərbaycandakı istifadəçilərə müxtəlif məhsullarda endirimlər təklif edəcək. Kampaniya müddətində “Trendyol”da alış-veriş edənlər “NOYABR25” promo kodu ilə 25 faiz (maksimum 20 AZN-ə qədər) endirim əldə edə biləcəklər. Müxtəlif kateqoriyalarda, o cümlədən dəb, kosmetika və ev məhsulları sahələrində geniş seçki sərfəli qiymətlərlə təqdim olunacaq. Alış-veriş zamanı istifadəçilər qış mövsümünə uyğun olan dəbli geyimlər, ayaqqabılar, aksessuarlar və kosmetika məhsullarını endirimli qiymətlərlə əldə edə biləcəklər. Eyni zamanda, təmizlik və şəxsi gigiyena məhsulları da kampaniya çərçivəsində endirimli olaraq təklif ediləcək. Bundan başqa, “Əfsanə günlər” kampaniyasında müştərilər 60 faizədək endirimlər və səbətdə özəl kuponlardan istifadə edə biləcəklər. "Trendyol”, “Bu noyabr da hər kəs Trendyolda” konsepti ilə 12 milyondan çox məhsula xüsusi endirimlər təqdim edir.