Qusarda oteldə yanğın təlimi keçirilib

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Qusar rayonunda, "Deluxe Park Qusar Resort & Spa" otelində Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə yanğın təhlükəsizliyi üzrə təlim təşkil edilib. Təlimin məqsədi fövqəladə hallar zamanı davranış qaydalarını öyrətmək və bu sahədə işçilərin biliklərini artırmaqdır.
Təlimdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə və Yanğın Nəzarəti xidmətlərinin əməkdaşları iştirak ediblər. Tədbirin nəzəri hissəsində iştirakçılara fövqəladə hallar zamanı, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirlərinin əhəmiyyəti izah olunub.
Təlimin praktiki hissəsində şərti yanğın siqnalı verildikdən sonra, hotel işçiləri “yanğına” ilkin müdaxilə etməyə çalışıblar. Sonrasında, FHN-in yanğından mühafizə və xilasetmə bölmələri hadisə yerinə operativ şəkildə çataraq, zərərçəkmişlərin təhlükəli ərazidən təxliyəsini həyata keçirib və yanğının söndürülməsi üzrə əməliyyatlar ifa edilib.
Təlimin sonunda, əldə olunan nəticələr müzakirə olunub və müəssisənin yanğın təhlükəsizliyinə məsul şəxsi heyətə maarifləndirici materiallar təqdim edilib. Bu cür tədbirlər, fövqəladə halların qarşısının alınması məqsədilə həyata keçirilir.