Azərbaycan media nümayəndələri Vyetnamın məşhur Hoa Lò Həbsxanası Muzeyini ziyarət ediblər – FOTO/VİDEO

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Bu gün Vyetnamda səfərdə olan Azərbaycan media nümayəndələri paytaxt Hanoyda yerləşən məşhur Hoa Lò Həbsxanası Muzeyini ziyarət ediblər. Jurnalistlərə muzeyin tarixi, burada saxlanılmış siyasi məhbuslar və Vyetnam müharibəsi zamanı əsir alınmış amerikalı pilotlar haqqında ətraflı məlumat verilib.
Ziyarət zamanı media nümayəndələri həbsxananın tarixi kameralarını, edam alətlərini, məhbusların şəxsi əşyalarını və digər eksponatları araşdırıblar. Hoa Lò Həbsxanası Muzeyi, Vyetnamın müstəmləkəçilik dövrü və müharibə tarixi baxımından əhəmiyyətli bir mərkəzdir. Burada bir vaxtlar siyasi məhbuslar və amerikalı hərbi əsirlər saxlanılırdı.
Həbsxana 1896-cı ildə Fransız müstəmləkə administrasiyası tərəfindən inşa edilib, o dövrdən bəri bir çox tarixi hadisələrə şahidlik edib. Həbsxananın ağır şəraiti ilə tanınan şərtləri burada saxlanan məhbusların təcrübələrini çətinləşdirib. Məhbuslar dar kameralarında zəncirləndirilib, işgəncələrə və ciddi məhdudiyyətlərə məruz qalırdılar.
Sonradan, 1954-cü ildən Vyetnam müharibəsi zamanı əsir götürülmüş amerikalı pilotlar burada saxlanmağa başlayıb. ABŞ senatoru Con Makkeyn kimi tanınmış məhbuslar burada olmuşdur. Makkeyn, 1973-cü ildə azad olunmuşdur, muzeydə onun pilot geyimi və paraşütü nümayiş olunur.
Muzeyin yaradılmasındaki əsas məqsəd, Vyetnam xalqının müstəqillik uğrunda mübarizəsini mühafizə etmək, müstəmləkə dövrünün repressiyalarını və müharibənin insan talelərinə təsirini gələcək nəsillərə çatdırmaqdır. Bu gün Hoa Lò Həbsanası Muzeyi həm Vyetnam milli müqavimətinin rəmzi, həm də ABŞ-Vyetnam münasibətlərinin mürəkkəb tarixinin bir parçasıdır.