Ezonn Xəbər

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilə bilər

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilə bilər
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Ukraynada 8 illik azadlıqdan məhrum olunmuş Azərbaycan vətəndaşı, Vətən müharibəsi iştirakçısı Misir Qasımlının vəziyyəti yenidən qiymətləndiriləcək. Qasımlı, adam oğurluğu, xuliqanlıq və silah saxlama ittihamları ilə həbs edilmişdi. Misir Qasımlı, bu barədə özünün İnstaqram səhifəsində məlumat verərək, məhkəmədə qalib gəldiyini və 8 illik həbs cəzasının ləğv edildiyini bildirib. O, işin birinci instansiya məhkəməsinə qaytarıldığını və yenidən araşdırılacağını vurğulayıb. Mətbuatda yayılan məlumatlara görə, Kiyev Ali Məhkəməsi Qasımlının barəsindəki 8 illik azadlıqdan məhrumetmə hökmünə kassasiya şikayətini araşdırıb. Məhkəmə kollegiyası, əvvəlki instansiyaların işdə ciddi prosessual pozuntulara yol verdiyini təsbit edərək, müvafiq qərarlar ləğv edilib. Qasımlı və onun dostu Sübhan Quliyev, 2022-ci ilin dekabrın 7-də, Ukrayna məhkəməsi tərəfindən 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. Yeni qərar, onun azad edilməsi üçün ümid yaradır.