Ezonn Xəbər

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Ukraynada adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda təqsirləndirilərək 8 il azadlıqdan məhrum edilən Azərbaycan vətəndaşı, Vətən müharibəsi iştirakçısı Misir Qasımlının işinə yenidən baxılacağı bildirilir. Qasımlının azad olunacağına dair xəbərlər sosial mediada geniş müzakirəyə səbəb olub. Misir Qasımlı özünün İnstaqram hesabında şərh edərək, son günlərdə azadlığa çıxdığına dair yayılan məlumatların təsdiqlənməsi üçün məhkəmədə qalib gəldiyini açıqlayıb. O, 8 illik həbsinin ləğv olunduğunu və işin yenidən birinci instansiya məhkəməsinə göndərildiyini bildirib. Media məlumatlarına görə, Kiyev Ali Məhkəməsi Qasımlının barəsindəki 8 illik həbs hökmünə verilən kassasiya şikayətini müzakirə edib. Məhkəmə kollegiyası apardığı araşdırma nəticəsində aşağı instansiya məhkəmələrinin işdə ciddi prosessual pozuntulara yol verdiyini qeyd edib. Bu qərara əsasən, əvvəlki qərarların ləğv edilməsi və cinayət işinin yenidən araşdırılması üçün Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb. Qasımlı və dostu Sübhan Quliyevin 8 il azadlıqdan məhrum edilməsi 2022-ci ilin dekabrın 7-də baş vermişdi.