NASA rekord məsafədən radio siqnalı qəbul edib

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
NASA-nın “Voyager 1” kosmik aparatı, Yer kürəsindən təxminən 25,9 milyard kilometr məsafədə fəaliyyətdədir. Həmin aparatdan gələn radio siqnalının Yere çatması təxminən 24 saat çəkir ki, bu da onun uzaqlığını daha da vurğulayır.
Bu məsafə “Voyager 1”i insan tərəfindən yaradılmış, Yer kürəsindən ən uzaqda yerləşən kosmik obyektlərdən birinə çevirmişdir. Aparat 1977-ci ildən etibarən kosmosa buraxılıb və on ildən artıqdır ki, Günəş sisteminin sərhədlərini keçərək ulduzlararası fəzaya daxil olub. 2012-ci ildən etibarən “Voyager 1” Günəşin təsir dairəsini tərk edib.
Kosmik aparatla Yer arasındakı böyük məsafə, məlumat mübadiləsini çətinləşdirir. Yerdən göndərilən radio siqnalının “Voyager 1”ə çatması üçün 24 saat, aparatın cavabının Yere qayıtması isə əlavə 24 saat vaxt tələb edir. Nəticədə, kosmik aparatla qarşılıqlı əlaqə üçün ümumilikdə iki gün gözləmək lazım gəlir.
Qeyd edək ki, “Voyager 1” NASA-nın ən uzunömürlü kosmik missiyalarından biri hesab olunur. Bu missiya vasitəsilə insanlıq, Günəş sistemi, planetlər və ulduzlararası fəza haqqında qiymətli və mühüm elmi məlumatlar əldə edib.