Krım körpüsünün bərpası illərlə çəkə bilər

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Krım körpüsünün bərpası ilə bağlı ciddi çətinliklər gündəmə gəlib. ABŞ-ın "Nyu York Tayms" nəşrinin məlumatına görə, körpünün tam bərpası yalnız iki ildən sonra mümkün olacaq. Bu haqda Əbu-Dabidəki Xəlifə Universitetinin professoru Andreas Kapposa öz fikirlərini bildirib.
Professor Kapposa görə, körpünün dayaq strukturlarının gücləndirilməsi üçün nəhəng polad konstruksiyaların hazırlanması, daşınması və quraşdırılması tələb olunur. Bu prosesin mürəkkəbliyi, zədələnmiş strukturların sayına bağlı olaraq daha da çətinləşə bilər.
Eyni zamanda, professor, dron hücumları riskinin də mövcud olduğunu vurğulayıb. Bu səbəbdən, tikinti işlərinin müddəti uzana bilər. Onun sözlərinə əsasən, əgər körpünün dayaqları da zədələnibsə, məsələ daha da çətinləşəcək.
Yeri gəlmişkən, Ukrayna ordusunun noyabrın 16-sı və 17-də Krım körpüsünə endirdiyi zərbələr nəticəsində körpünün nəqliyyat vasitələri üçün nəzərdə tutulan hissəsi tamamilə uçub. Bu zərbələr, bərpa işlərinin nə dərəcədə çətin olacağını bir daha göstərir.