Ezonn Xəbər

Şənbə günü Azərbaycanda 21 dərəcə isti olacaq

Şənbə günü Azərbaycanda 21 dərəcə isti olacaq
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Noyabrın 21-də Azərbaycanda hava şəraiti dəyişkən buludlu olacaq, lakin əsasən yağmursuz keçməsi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havada temperaturun gecə 10-14° isti, gündüz isə 16-20° isti olması proqnozlaşdırılır. Rayonlarda havanın əsasən yağmursuz keçməsi gözlənilir, lakin axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntının olacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə şimşək çaxması və dağlıq ərazilərdə qar yağması da mümkündür. Bəzi bölgələrdə arabir duman gözlənilir. Rayonlarda havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti olaraq proqnozlaşdırılır. Dağlıq ərazilərdə isə gecə temperatur 1-6° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqinin 757 mm civə sütunu, nisbi rütubətin isə 65-70% olacağı bildirilib.