Şimpanzelərin qeyri-adi bacarığı üzə çıxdı

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Tanzaniyada aparılan araşdırmalarda məlum olub ki, şimpanzelər qida əldə etmək məqsədilə ot və ağac qabığından xüsusi alətlər hazırlayırlar. Alimlərin bildirdiyinə görə, bu davranış Afrika qitəsinin Loasi meşə qoruğunda ilk dəfə qeydə alınıb.
Tədqiqatçıların araşdırmasına əsasən, Loasi meşə qoruğunda yaşayan şimpanzelər, termitləri yuvalarından çıxarmaq üçün nazik ot parçaları və ağac qabığı istifadə edirlər. Şimpanzelər hazırladıqları alətləri termit yuvalarına salaraq, oradakı həşəratları qida kimi qəbul edirlər.
Araşdırma nəticəsində “termıt ovu” adlanan bu üsulun şimpanzelərin digər populyasiyalarında da müşahidə edildiyi, lakin Tanzaniyadakı kəşfin bu davranışın coğrafi sərhədini təxminən 230 kilometr cənuba genişləndirdiyi müəyən olunub. Alimlər, bu kəşfin şimpanzelərin intellektual imkanlarını, ətraf mühitə uyğunlaşma bacarığını və qida əldə etmək üçün müxtəlif vasitələrdən istifadə etdiklərini öyrənməyə imkan tanıdığını vurğulayıblar.
Eyni zamanda tədqiqatçılar qeyd edirlər ki, şimpanzelər arasında alət istifadəsi üsulları qruplara görə dəyişir. Bu davranışların bir hissəsi, heyvanların bir-birini müşahidə etməsi və öyrənməsi nəticəsində nəsildən-nəsilə ötürülür. Tədqiqatın nəticələri “African Primates” elmi jurnalında dərc olunmuşdur.
Həmçinin, Tanzaniya hökuməti müvafiq təşkilatlar və yerli icmalarla birlikdə Loasi meşə qoruğunun mühafizə statusunun artırılması imkanlarını nəzərdən keçirmək üçün razılıq verib.