Ezonn Xəbər

Şeyx Əbdüldən ÜZÜCÜ XƏBƏR: “Yaşamaq üçün mübarizə aparıram”

Şeyx Əbdüldən ÜZÜCÜ XƏBƏR: “Yaşamaq üçün mübarizə aparıram”
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. Xalq artisti, tanınmış rejissor və aktyor Əbdül Mahmudbəyov ağır əməliyyat keçirib. Bu məlumatı rejissor özü Yeniçağ.az-a açıqlamasında verib. Dünən xəstəxanadan evə buraxılan Şeyx Əbdül, hal-hazırda sağlamlığının yaxşı olmadığını qeyd edib. Rejissor bildirib ki, bir neçə gün öncə ağır əməliyyat olunub və noyabrın 20-də göz əməliyyatı gözlənilir. Hər iki əməliyyatını Heydər Əliyev Fondu ilə əlaqələndirən Şeyx Əbdül, fondun dəstəyinə görə dərin minnətdarlığını bildirib. Müalicələrinin evdə davam etdiyini vurğulayan Əbdül, bronxları, mədəsi və Parkinson xəstəliyi ilə bağlı yaşadığı problemlərdən də bəhs edib. O, ayaqlarında keyimə hissi yaşadığını dilə gətirərək, sağlamlığına qovuşmaq üçün həyatla mübarizə aparmaqda qərarlı olduğunu ifadə edib. Dostlarına çağırış edən rejissor, onların dəstəyinə çox ehtiyacı olduğunu qeyd edib. Şeyx Əbdül, indiki dövrün çətin olduğunu və mübarizənin önəmini vurğulayıb.