Ezonn Xəbər

Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq

Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir. 21 noyabr 2023-cü il tarixində saat 23:00-dan 05:45-dək metronun "Koroğlu" stansiyasından hava limanı istiqamətinə doğru yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi məqsədilə işlər aparılacaq. Bu səbəbdən, sözügedən ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, şəhərin mərkəzindən hava limanı istiqamətində alternativ marşrutlar hazırlanıb. Məlumatda qeyd olunub ki, sürücülər metronun "Koroğlu" stansiyasının yanından Bakıxanov qəsəbəsinə daxil olmaqla, Yavər Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmaddədin Nəsimi və Əli İsaqzadə küçələrindən istifadə edə bilərlər. Bununla yanaşı, Zığ şosesinə keçmək üçün 8 Noyabr prospektindən istifadə etmələri tövsiyə olunur. Qeyd edək ki, bu tədbirlər, yol hərəkətinin təhlükəsizliyinin artırılması məqsədini güdür.