Ezonn Xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Araz” supermarketlər şəbəkəsini mükafatlandırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Araz” supermarketlər şəbəkəsini mükafatlandırıb
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda iki nominasiya üzrə mükafat alıb. Şirkət “Gənclərin məşğulluğunun təminatına verdiyi mühüm töhfəyə görə” və “Qadınların məşğulluğunun təminatına verdiyi mühüm töhfəyə görə” nominasiya ilə seçilib. Forum, ölkəmizdə ilk dəfə təşkil edilib və əsas məqsədi dövlət qurumları ilə özəl sektor arasında məşğulluq sahəsində əməkdaşlığı gücləndirmək, iş bazarının aktual məsələlərini müzakirə etmək, yeni tərəfdaşlıq imkanları yaratmaqdır. Eyni zamanda, biznes subyektlərinin dövlət dəstəyi mexanizmləri barədə məlumatlılığını artırmaq da forumun hədəfləri arasında yer alır. Tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, sosial islahatlar, məşğulluq siyasətinin inkişafı və işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. “Araz” supermarketlər şəbəkəsinin bu iki nominasiya üzrə mükafat alması, şirkətin gənclərin və qadınların məşğulluğunu dəstəkləmə istiqamətindəki fəaliyyətinin qiymətləndirilməsini göstərir. Şirkət, sosial məsuliyyət prinsiplərinə uyğun olaraq, müxtəlif sosial qruplar üçün məşğulluq imkanlarını genişləndirməyə, gəncləri əmək bazarına inteqrasiya etməyə və qadınların məşğulluğunu artırmağa xüsusi əhəmiyyət verir. Şirkət, bu istiqamətdəki fəaliyyətini davam etdirərək, inklüziv iş mühitinin formalaşdırılmasına və bərabər məşğulluq imkanlarının dəstəklənməsinə yönəlmiş hədəflərini həyata keçirmək niyyətindədir.