Ezonn Xəbər

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Xalq Bank beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək Türkiyə Respublikasının Ziraat Bankı ilə əməkdaşlıq çərçivəsində 1,1 milyard ABŞ dolları həcmində sindikativ kredit layihəsində iştirak etmişdir. Bu layihənin əsas məqsədi ekoloji davamlı inkişafı stimullaşdıracaq layihələr üçün maliyyə təmin etməkdir. Cəlb olunan vəsaitlərin bankın yaşıl aktivlərinin artırılması və dayanıqlı kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulduğu bildirilib. Layihədə 18 ölkədən 37 bank iştirak edir. Bu, həm ətraf mühitin qorunması, həm də dayanıqlı iqtisadi inkişafın təşviqi məqsədini güdür. Xalq Bank daha əvvəl beynəlxalq maliyyə institutları ilə müxtəlif irihəcmli sindikativ kredit layihələrində uğurla iştirak etmişdir. Bu cür layihələrin icrası, bankın beynəlxalq maliyyə əməkdaşlığını genişləndirmək məqsədini tamamilə dəstəkləyir. Xalq Bankın müştəriləri bankın məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatları bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən və sosial şəbəkə səhifələrindən əldə edə bilərlər.