Ezonn Xəbər

CeyLo gecəyə 10 milyonluq zinət əşyası ilə qatıldı - FOTOLAR

CeyLo gecəyə 10 milyonluq zinət əşyası ilə qatıldı - FOTOLAR
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Dünyaca məşhur müğənni Cennifer Lopez, Los-Ancelesdə keçirilən “The JLo Show: Live in Las Vegas” filminin premyerasına qatıldı. 57 yaşlı sənətçi, bu tədbir üçün məşhur “Dolce & Gabbana” brendinin libasını seçib. Lopez-in görünüşü, xəz detallı və atlaz plaş ilə tamamlanıb. Lakin gecənin ən diqqət çəkici elementi, onun boyunbağısı oldu. Ağ qızıldan hazırlanmış “Sicilia” kolleksiyasına aid bu zinət əşyası, şəffaf və sarı brilyantlarla bəzədilmişdir. Boyunbağının mərkəzində armud formalı, çəkisi 100 əyyarını ötən nadir təbii sarı brilyant yer alır. Bu unikal zinət əşyasının, ümumi dəyərinin 10 milyon dollara yaxın olduğu qeyd edilir. Lopez, görünüşünü eyni kolleksiyadan olan sırğalar və üzüklərlə tamamlamaqla, tədbirin parlaq simalarından biri oldu. Bu cür qiymətli zinət əşyaları onun mükəmməl stilini bir daha vurğulamış oldu.