Məhkəmə eksperti olmaq istəyənlər üçün ali təhsil tələbi dəyişir

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Məhkəmə eksperti olmaq istəyənlər üçün ali təhsil tələbləri dəyişir. Bu yenilik, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna əlavə edilən dəyişikliklərdə təsdiq olunub. Artıq ekspert adını daşımaq üçün şəxslərin ali təhsil ixtisaslarının fəaliyyət göstərəcəkləri ekspertiza sahəsinə uyğun olması tələb ediləcək.
Yeni qanun layihəsinə əsasən, eksperti olmaq istəyən şəxslərin müvafiq bilikləri konkret məhkəmə eksperti ixtisası üzrə olmalıdır. Hər bir ekspert ixtisasının tələb etdiyi ali təhsil istiqamətləri ayrıca siyahı ilə müəyyən ediləcək ki, bu siyahılar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
Bundan əlavə, qəbul edilən layihədə “məhkəmə ekspertizası ixtisası” ifadəsinin “məhkəmə eksperti ixtisası” ilə əvəzlənməsi təklif olunub. Bu, terminologiyanın dəqiqləşdirilməsi məqsədini güdür.
Yeniliklər Prezidentin 2025-ci il 11 dekabr tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya”da da əksini tapıb. Dəyişiklərin məqsədi, məhkəmə ekspertlərinin ali təhsilə malik olmasını təmin etmək, ekspert şəhadətnamələrinin verilməsində vahid meyarları tətbiq etmək və ekspert rəylərinin keyfiyyətini artırmaqdır.