Ezonn Xəbər

Sahibə Qafarova Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib

Sahibə Qafarova Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Noyabrın 20-də Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistanda MDB Parlamentlərarası Assambleyasının 61-ci plenar iclasında çıxış edib. Bu barədə məlumat Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilib. Çıxışı zamanı Qafarova, Türkmənistan Məclisinin MDB Parlamentlərarası Assambleyasında müşahidəçi statusunu qazanması münasibətilə onları təbrik edib. O, Assambleyanın açıq dialoq platforması olduğunu qeyd edərək, burada qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunması imkanının yaradıldığını vurğulayıb. Sahibə Qafarova, Azərbaycan Milli Məclisinin MDB Parlamentlərarası Assambleyası çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini bildirərək, parlament əlaqələrinin genişləndirilməsi və ölkələrarası çoxtərəfli fəaliyyətin inkişafına yönəlmiş təşəbbüsləri dəstəklədiyini qeyd edib. O, humanitar sahədə əməkdaşlığın da vacib olduğunu vurğulayıb. Spiker, MDB çərçivəsində Azərbaycanda keçirilmiş tədbirlərdən danışaraq, 2025-ci ilin iyununda Laçın şəhərində MDB Mədəniyyət Paytaxtı ilinin açılış mərasimi və həmin ilin sentyabr-oktyabr aylarında keçirilən III MDB Oyunlarının əhəmiyyətini qeyd edib. Bu tədbirdə 1600-dən çox idmançının iştirak etdiyini bildirən Qafarova, MDB PA çərçivəsində "MDB uşaqları" və "Yaddaş qatarı" kimi layihələrin gənc nəsilə tarixi və mədəni irsi tanıtdığını əlavə edib.