Ezonn Xəbər

Badamdarda torpaq sürüşməsi ilə əlaqədar sakinlərə ərazini tərk etmələri tövsiyə olundu

Badamdarda torpaq sürüşməsi ilə əlaqədar sakinlərə ərazini tərk etmələri tövsiyə olundu
Ezonn TV «Pravda.az» mənbəsinə istinadən xəbər verir. Son günlər Badamdarda yağan intensiv yağışlar nəticəsində ərazidə torpaq sürüşməsi prosesi yenidən aktivləşib. Bu barədə Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib. Hal-hazırda ərazidə ciddi deformasiyalar və dağıntılar meydana gəlib. Verilmiş məlumatda sürüşmənin daha geniş ərazini əhatə etmə ehtimalı və bunun sakinlərin təhlükəsizliyinə yaratdığı risklər vurğulanıb. Sakinlərə, hazırkı vəziyyətlə bağlı ətraflı məlumat verilib və müvəqqəti olaraq ərazini tərk etmələri tövsiyə edilib. Səbail Rayon İcra Hakimiyyəti müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlarla rəsmi əlaqə yaradıb. Xatırladaq ki, Bakı şəhərinin Səbail rayonu, Badamdar–20-ci sahəsində sürüşmə hadisələri baş vermişdi və bu vəziyyətə görə insanlar təhlükəsiz yerlərə təxliyə edilib. Eyni zamanda, ərazidəki obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması üçün də tədbirlər görülür. İcra hakimiyyətinin məsul şəxsləri təhlükəsizlik məqsədilə sakinlərin vəziyyətinin diqqətlə izləniləcəyini bildiriblər.