Badamdarda sürüşmə ilə bağlı YENİ AÇIQLAMA

Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir.
Son günlər Bakı şəhəri, Səbail rayonu, Badamdar–20-ci sahədə intensiv yağışlar nəticəsində sürüşmə prosesi yenidən aktivləşib. Bu proses çərçivəsində ərazidə ciddi deformasiyalar və dağıntılar meydana gəlib.
Səbail Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sürüşmənin daha geniş sahəni əhatə edəcəyi ehtimalı mövcuddur. Bu isə ərazidəki yaşayış evləri, digər tikililər və sakinlər üçün təhlükə yarada bilər.
Müvafiq dövlət qurumlarına situasiyanın ciddiliyi barədə rəsmi müraciətlər edilib. Sakinlərə təhlükəsizliklə bağlı ətraflı məlumat verilib və müvəqqəti olaraq ərazini tərk etmələri tövsiyə olunub.
Xatırladaq ki, bu sürüşmə prosesi daha əvvəl də baş vermişdi. İcra hakimiyyətinin qeyd etdiyi kimi, ərazidəki vəziyyətin stabil olması üçün yolların və tikililərin müvafiq tədbirlərlə gücləndirilməsi zəruridir.