Evə başka bir qadını gətirən atasını döyən şəxsin məhkəməsi keçirildi

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
İsmayıllı rayonunda 1990-cı il təvəllüdlü Müslüm Murtuzov atasını döyərək ona xəsarət yetirib. Məhkəməyə çıxarılan Müslüm, ailə münaqişəsi səbəbindən atasını döyərək onun qabırğalarını sındırıb. Hadisə, Müslümün atası Seyran Murtuzovun evə başqası ilə gəlməsi zamanı baş verib.
Araşdırmalar nəticəsində məlum olub ki, Müslüm, evin həyətində atasının kiçik evinə başqa bir qadını gətirdiyini görüb. Buna səbəb Seyranın arvadı ilə münasibətlərinin gərgin olması və spirtli içki istehlakı olub. Hadisə günü Müslüm, pəncərəni sındıraraq daxil olub, atasını əxlaqsızlıqda günahlandıraraq onunla mübahisəyə başlayıb.
Məhkəmə prosesində şahid kimi ifadə verən qadın, Seyranla dost olduğunu və havanın soyuq olduğu üçün onun evinə gəldiyini bildirib. O, Müslüm və anasının hadisə zamanı ona zərər yetirdiyini, onun həyətdən qovulduğunu qeyd edib.
Zərərçəkmiş şəxsin oğlundan şikayətçi olmadığı və barışdıqları diqqətə çatdırılıb. İsmayıllı Rayon Məhkəməsi Müslüm Murtuzova 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verərək, gecələr evdən çıxmasını qadağan edib və onun üzərinə elektron qolbaq taxılıb.