Ezonn Xəbər

9-cu sinifdən sonra kolleclərə qəbul məhdudlaşdırılacaq

9-cu sinifdən sonra kolleclərə qəbul məhdudlaşdırılacaq
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda 2026/2027-ci tədris ilindən etibarən 9-cu sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur. Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman bu barədə məlumat verib. Mütəxəssis qeyd edib ki, gələcəkdə 9-cu sinif bazasından yalnız peşə təhsili müəssisələrinə qəbul həyata keçiriləcək. Kolleclərin isə 2030-cu ilədək müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilməsi planlaşdırılır. Bu, həmin kolleclərin ali təhsillə birgə fəaliyyətini gücləndirəcək. Turxan Süleyman həmçinin, kolleclərdə tədris olunan bəzi ixtisasların yüksək texniki peşə təhsili səviyyəsində tədris edilməsi imkanlarının araşdırıldığını bildirib. Bu istiqamətdə ixtisasların təkrarlanmasının qarşısını almaq məqsədilə müvafiq addımların atıldığı vurğulanıb. Dəyişikliklərin gələcəkdə, yəni 2027–2030-cu illər arasında özünü göstərəcəyinin gözlənildiyi bildirilir. Elm və Təhsil Nazirliyinin bu qərarı, peşə təhsili sisteminin inkişafına yönəlmiş bir təşəbbüs olaraq diqqətə çatdırılıb.