Ezonn Xəbər

Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR

Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR
Ezonn TV «Manset.az» mənbəsinə istinadən xəbər verir. Noyabrın 20-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə ikitərəfli görüş keçirib. Bu görüşdə iki ölkə arasında dəvam edən dostluq münasibətləri ön plana çəkilib. Vurğulanıb ki, Azərbaycan və Vyetnam arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, iki xalqın tarixi dostluğuna əsaslanaraq əməkdaşlığı daha da dərinləşdirib. Həmçinin, Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın keçən il Azərbaycana etdiyi səfər zamanı strateji tərəfdaşlığın təsdiq edilməsi, əlaqələrin yeni mərhələyə qədəm qoymasına zəmin yaradıb. Vyetnamın vitse-prezidenti, Azərbaycanın təşkil etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Zirvə Görüşü çərçivəsində bu ilin oktyabrında Prezident İlham Əliyev və Mehriban Əliyeva ilə baş tutan görüşünü məmnuniyyətlə xatırlayıb. Görüş zamanı xalqlar arasında münasibətlərin, xüsusilə də qeyri-hökumət sektoru üzrə əməkdaşlığın əhəmiyyəti qeyd edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama etdiyi səfərdəki yardım fəaliyyəti, iki ölkə arasında dostluğun simvolu olaraq vurğulanıb. Görüşdən sonra Mehriban Əliyevaya və qızlarına ənənəvi Vyetnam qəhvəsinin hazırlanma üsulu nümayiş edilib.