Ezonn Xəbər

COP31-də Azərbaycanda aparılan sosial islahatlar barədə məlumat verilib - FOTOLAR

COP31-də Azərbaycanda aparılan sosial islahatlar barədə məlumat verilib - FOTOLAR
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Türkiyədə baş tutan COP31 tədbiri çərçivəsində, Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən global istiləşmə dövründə ailələrə dayanıqlığın artırılması, yaşlılar və əlilliyi olan insanların müdafiəsi mövzusunda müzakirələr aparılıb. Tədbirdə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev ölkədə həyata keçirilən sosial siyasəti vurğulayıb. O, bu siyasətin vətəndaşların rifahını, sosial ədalət prinsiplərini və bərabər imkanları təmin etməyə yönəldiyini qeyd edib. Nazir müavini, sosial dəstək proqramlarının 4 milyon vətəndaşı əhatə etdiyini açıqlayıb. Son illərdə həyata keçirilən beş sosial islahat paketi çərçivəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərdə ciddi artımların edilərək, sosial təminatın daha da gücləndirildiyi bildirilib. Zaur Əliyev, valideyn himayəsindən məhrum uşaqlara yönəlik reinteqrasiya tədbirlərinə, onların ailə mühitində böyüməsi üçün dəstəyə, eləcə də “Himayədar ailə” modelinin tətbiqinə də toxunub. Tənha ahıl və əlilliyi olan şəxslər üçün sosial xidmətlərin səyyar formada təqdim edilməsi də diqqətə çatdırılıb. BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının ratifikasiya olunması ilə Azərbaycanda əlilliyi olan insanların sosial müdafiəsinin artırılması və inklüziv imkanların yaradılması yönündə atılan addımlar qeyd edilib. Eləcə də, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Paralimpiya İdman Kompleksi və digər müəssisələrin əlilliyi olan şəxslərin yaradıcı və idman fəaliyyətlərində iştirakını dəstəklədiyi vurğulanıb.