Tbilisidə güclü partlayış: Biri uşaq olmaqla azı 6 nəfər həlak olub - VİDEO

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Gürcüstanın paytaxtı Tbilisidə baş verən güclü partlayış faciə ilə nəticələnib. Cümə axşamı günü şəhərdə yerləşən beşmərtəbəli yaşayış binasında baş verən hadisədə azı 6 nəfər həyatını itirib, bunlar arasında bir uşaq da var.
Partlayış nəticəsində binanın bir hissəsi tamamen dağılıb. Hadisə yerində xilasedicilər, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları iş başındadır. İstintaqın ilkin nəticələrinə görə, partlayışa təbii qaz sızması səbəb olduğu ehtimal edilir.
Xilasetmə əməliyyatları çərçivəsində dağıntılar altından zərərçəkənlərin çıxarılması üçün intensiv işlər aparılıb. Hadisənin dəqiq başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir.
Rəsmi qurumlar hadisə ilə bağlı əlavə məlumatların açıqlanacağını bildiriblər. Tbilisdə baş vermiş bu faciə, sakinlər arasında geniş narahatlıq yaradıb.