Ezonn Xəbər

Bakıda intensiv yağış, bəzi yerlərdə qar yağacaq- XƏBƏRDARLIQ

Bakıda intensiv yağış, bəzi yerlərdə qar yağacaq- XƏBƏRDARLIQ
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Bakıda və Abşeron yarımadasında noyabrın 22-si axşamdan 23-ü səhərədək aralarlı yağış yağması gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, yağışların intensivləşməsi ehtimalı da var. Hava şəraitinin noyabrın 21-i axşam saatlarından etibarən Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yağıntılı olacağı bildirilib. Ayrı-ayrı bölgələrdə şimşək çaxması, dağlıq ərazilərdə isə qar yağması ehtimalı da mövcuddur. Yağıntılarla bağlı çaylarda sululuğun artması gözlənilir. Eyni zamanda, bəzi dağ çaylarından qısamüddətli sel keçməsi istisna edilmir ki, bu da bölgələrdə əlavə risqlərə səbəb ola bilər. Gözlənilən hava şəraiti ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə edilir. Hava şəraitinin dəyişkənliyi ilə bağlı xəbərdar olunması vacibdir.