Ezonn Xəbər

Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq

Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Bakıda və Abşeron yarımadasında noyabrın 22-si axşamdan 23-ü səhərədək yağış yağacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, yarımadanın bəzi hissələrində yağışın qısa müddət ərzində intensivləşəcəyi ehtimal olunur. Noyabrın 21-i axşam saatlarından başlayaraq Azərbaycanın şimal və qərb rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu dövrdə bəzi bölgələrdə yağışın intensivləşməsi, şimşək çaxması və dağlıq ərazilərdə qar yağması mümkündür. Eyni zamanda, gözlənilən yağıntılar çaylarda sululuğun artmasına səbəb olacaq. Bazı dağ çaylarında qısa müddətli sel hadisələrinin baş verə biləcəyi vurğulanır. Bu səbəbdən əhalinin diqqətli olmaları tövsiyə edilir.