İslam 2035-ci ildə dünyanın ən böyük dini olacaq

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ-də aparılan yeni bir araşdırma, İslam dininin 2035-ci ildə dünyada ən geniş yayılmış din olacağını bildirib. Bu məlumatlar Vaşinqtonda yerləşən Pew Tədqiqat Mərkəzinin dərc etdiyi hesabatda əks olunub.
Araşdırmaya əsasən, 2035-ci ildə müsəlmanların sayı 2,57 milyarda, xristianların isə 2,52 milyarda çatacaq. Mövcud tendensiyalar davam edərsə, bu tarixə qədər müsəlmanların sayı xristianlardan daha üstün olacaq.
Hesabata görə, 2020-ci ildə xristianların sayı təxminən 2,3 milyard, müsəlmanların sayı isə 2 milyard olub. 2035-ci ildən sonra isə 2070-ci il üçün proqnozlar daha da optimistdir: müsəlmanların sayı 3,6 milyarda, xristianların sayı isə 3 milyarda çatacaq.
Bundan əlavə, 2020-ci ildən başlayaraq 50 il ərzində dünya əhalisinin 29 faiz artacağı gözlənilir. Müxtəlif dinlərdən olan xristian əhalisi isə bu dövrdə yalnız 30 faiz artacaq. Bu zaman müsəlman əhalisinin artım nisbəti isə 80 faiz proqnozlaşdırılır.