Ezonn Xəbər

Fransadan BTQ-nin hesablarına qarşı kiberhücumlar baş verib

Fransadan BTQ-nin hesablarına qarşı kiberhücumlar baş verib
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Son dövrlərdə Bakı Təşəbbüs Qrupunun (BTQ) rəqəmsal informasiya resurslarına qarşı xarici ölkələrdən ardıcıl və sistemli şəkildə kiberhücumlar həyata keçirilir. Bu məlumat BTQ-nin rəsmi açıqlamasında əksini tapıb. Açıklamada, təşkilatın sosial media hesablarına yönəlmiş giriş cəhdləri və kütləvi şikayətlər əsasında səhifələrin bloklanmasına yönəlmiş addımların ciddi narahatlıq doğurduğu bildirilib. Eyni zamanda, rəsmi internet saytının fəaliyyəti də kiberhücumlarla pozulmaqdadır. BTQ-nin araşdırmalarına görə, kiber fəaliyyətlərin əhəmiyyətli hissəsi Fransa və Hindistan ərazisindəki şəbəkələrdən qaynaqlanır. Təşkilat, müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarını müdafiə etmək məqsədini güdür. Təşkilat, sistemli kiberhücumların söz və ifadə azadlığına, fikir müxtəlifliyinə zidd olduğunu vurğulayaraq, belə cəhdlərin fundamental insan hüquqlarını kobud şəkildə pozduğunu qeyd edib. Fikir ayrılıqlarının qarşılıqlı hörmətə əsaslanan açıq dialoq yolu ilə həll olunmasının vacibliyi diqqətə çatdırılıb. BTQ, təşkilatlarına qarşı hücumları sifariş edən və həyata keçirən dövlətləri qanuni fəaliyyətə mane olmamağa çağırır. Malumata görə, təşkilat bütün bu çətinliklərə baxmayaraq, öz fəaliyyətini qətiyyətlə davam etdirəcəkdir.