“Azərbaycan bizim ata yurdumuzdur” – İraq türkmanlarından dünyaya mesaj

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Bakıda “Azərbaycanla İraq türkmanları arasında tarixi, mədəni və ictimai əlaqələr” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Bu tədbir AMEA-nın Şərqşünaslıq İnstitutu və Azərbaycan Beynəlxalq İnkişaf Assosiasiyası (ABİA) tərəfindən birgə təşkil olunub. Konfransda Azərbaycanın tanınmış alimləri, “Azərbaycan-İraq türkmanları Mədəni Əlaqələr Koordinasiya Şurası”nın üzvləri, İraqdan gəlmiş türkman qonaqlar, eləcə də Azərbaycan ictimaiyyətinin və mətbuat nümayəndələrinin iştirakıdır.
Tədbirdə iştirak edən İraqlı araşdırmaçı Mehdi Saadun, Azərbaycanla əməkdaşlığın İraq türkmanlarının öz həqiqətlərini dünya ictimaiyyətinə nümayiş etdirmək baxımından əhəmiyyətli bir platforma olduğunu vurğulayıb. Onun fikrincə, Azərbaycan artıq regionda söz sahibi olan bir ölkədir və bu imkanlardan insan hüquqları məsələlərinin beynəlxalq arenaya çıxarılması üçün istifadə etmək istəyirlər.
Daha ətraflı məlumat üçün Bizim.Media-nın təqdim etdiyi videosüjeti izləməyi tövsiyə edirik.