Ezonn Xəbər

Yəmən yaxınlığında quru yük gəmisi hücuma məruz qalıb

Yəmən yaxınlığında quru yük gəmisi hücuma məruz qalıb
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Yəmənin Əl-Mükəlla şəhərindən 95 km cənub-qərbdə yerləşən bir quru yük gəmisi silahlı hücuma məruz qalıb. Hücum, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatında bildirilib. Məlumata əsasən, quru yük gəmisinə göyərtəsində altı silahlı şəxsin olduğu kiçik bir qayıq yaxınlaşıb. Hücum zamanı gəmi mühafizə komandası tərəfindən xəbərdarlıq atəşi açılıb. Hücum nəticəsində gəminin zədələnmədiyi və heyət üzvlərinin xəsarət almadığı bildirilir. Gəmi kapitanı bu barədə məlumat verib. UKMTO, gəmilərin ehtiyatlı olmasını və şübhəli fəaliyyəti müvafiq orqanlara bildirməyi tövsiyə edib.