Bakı metrosunda qısamüddətli texniki xəta baş verib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Bakı metrosunda bu gün Qırmızı xətt üzrə qatarların hərəkətində qısa müddətli texniki xəta baş verib. Bu barədə Bakı Metropoliteni məlumat yayıb.
Məlumatda qeyd olunub ki, texniki xəta qatarların hərəkətinin tənzimlənmə qurğusunda baş verib. Hərəkət təhlükəsizliyini təmin etmək üçün mühafizə sistemi işə salınıb və qatarların hərəkəti ehtiyat sistem vasitəsilə tənzimlənib.
Hərəkətdə yaranan yubanmalar yalnız Qırmızı xəttə təsir edib. Yaşıl və Bənövşəyi xətlərdə isə qatarlar normal qrafik üzrə fəaliyyətini davam etdirib.
Xəta ilə bağlı dərhal texniki baxış aparılıb və problem 5 dəqiqə ərzində aradan qaldırılıb. Hazırda Qırmızı xətdə qatarların hərəkəti pik saat intervalına uyğun bir şəkildə təmin edilir.