Yeni Ermənistan pasportlarında doğum yeri kimi Azərbaycan qeyd edilib

Ezonn TV «Trend» mənbəsinə istinadən xəbər verir.
Ermənistanın Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti, Azərbaycandan könüllü köç edən erməni mənşəli şəxslərə verilən yeni biometrik pasportlarda doğum yeri olaraq "Azərbaycan"ın qeyd edildiyini açıqlayıb. Bu xəbər, 19 noyabr tarixində yayılmış rəsmi bəyanatda bildirilib.
Nazirlik, bu praktikanın beynəlxalq standartlara uyğun olduğunu vurğuladı. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 saylı sənədinə və ISO 3166 standartına istinad edərək, ölkə və administrativ-territorial vahidlərin kodlarının düzgün qeyd edilməsinin vacibliyini qeyd edib. Yanlış məlumatların rəsmi sənədlərdə olması sərhəd kontrol prosedurlarında çətinliklər yarada bilər.
Nazirlik, köhnə Ermənistan pasportlarındakı məlumatlar barədə müxtəlif ölkələrin sərhəd kontrol orqanlarından bir sıra suallar aldığını da bildirib. Bu problemlərin xarici tərəfdaşlarla əməkdaşlıq nəticəsində həll edildiyi vurğulanır.
Yeni biometrik pasport sisteminin tətbiqi ilə sənədlərdə məlumatların qeyd olunmasında vahid bir yanaşma yaradıldığı və sərhəd keçidlərində oxşar problemlərin qarşısını almaq məqsədinə xidmət etdiyi bildirilib.
Bununla yanaşı, Ermənistanda revanşist qrupların "Azərbaycanın" doğum yeri olaraq qeyd edilməsinə dair provokativ şərhlər yaydığı bildirilib.