Ezonn Xəbər

Metroda texniki xəta: Qatarların hərəkəti yubandı

Metroda texniki xəta: Qatarların hərəkəti yubandı
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Bakı metrosunda Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısa müddətli texniki xəta meydana gəlib. Bu barədə Bakı Metropoliteni məlumat verib. Texniki xətanın yaranması səbəbindən hərəkət təhlükəsizliyinin təmin olunması üçün mühafizə sistemi aktivləşdirilib. Bunun nəticəsində, yalnız Qırmızı xətdə qatarların hərəkətində müəyyən yubanmalar yaşanıb. Yaşıl və Bənövşəyi xətlərin isə qatarları normal fəaliyyətini davam etdirib. Bakı Metropoliteni bildirib ki, dərhal texniki baxış keçirilib və xətanın səbəbi müəyyən edilərək, 5 dəqiqə ərzində aradan qaldırılıb. Hal-hazırda Qırmızı xətdə qatarların hərəkəti pik saat intervalına uyğun olaraq təmin edilir.