Bakı Metropolitenindən gecikmə ilə bağlı açıqlama

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Bakı Metropoliteni Qırmızı xətdə baş verən gecikmə ilə bağlı məlumat yayıb. Xətanın səbəbi qatarların hərəkətinin tənzimlənmə qurğusunda yaranan qısamüddətli texniki xəta olub.
Məlumatda qeyd edilir ki, bu səbəbdən hərəkət təhlükəsizliyini təmin edən mühafizə sistemi işə düşüb. Qatarların hərəkəti ehtiyat sistem vasitəsilə tənzimlənərək, yalnız Qırmızı xətdə yubanmalara səbəb olub. Bununla yanaşı, Yaşıl və Bənövşəyi xətlərdə qatarların hərkəti normal qrafik üzrə davam etdirilib.
Bakı Metropoliteni əməkdaşları, dərhal texniki baxış keçirərək, xəta müəyyən edilərək 5 dəqiqə ərzində aradan qaldırılıb. Hal-hazırda Qırmızı xətdə qatarların hərəkəti pik saat intervalına uyğun şəkildə təmin edilir.
Oxucuların yaxından məlumatlandırılması məqsədilə Bakı Metropoliteni hadisə ilə bağlı ətraflı açıqlama verib. Qeyd edək ki, səfərin təhlükəsizliyi ilk planda dayanır və bütün müvafiq tədbirlər görülməkdədir.