Ezonn Xəbər

SON DƏQİQƏ! DTX əməliyyat keçirdi: Onlar Azərbaycana GƏTİRİLDİ - FOTO

SON DƏQİQƏ! DTX əməliyyat keçirdi: Onlar Azərbaycana GƏTİRİLDİ - FOTO
Ezonn TV «Editor.az» mənbəsinə istinadən xəbər verir. Dövlət Təhlükəsizliyi Xidməti (DTX), xarici ölkələrdə dini radikalizm və fanatizmdən qaynaqlanan terror qruplaşmalarının fəaliyyətini dayandırmaq məqsədi ilə mühüm əməliyyat keçirib. Saxlanılan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən sabit silahlı qrupların üzvləridir. Məlumata əsasən, Abdurahmanov Yunus Mehman oğlu 15 noyabr 2025-ci il tarixində xarici ölkəyə gedərək “İslam Dövləti Xorasan Vilayəti” (İŞİD – Vilayəti Xorasan) terror təşkilatına qoşulub. O, dağlıq ərazidə gizli düşərgədə yerləşdirilib və burada hərbi təlimlərdə iştirak edərək terror-təxribat aktları törətmək üçün silah və sursatla təchiz edilib. Bundan başqa, Həsənbəyov Abdulla Yaşar oğlu xarici ölkədəki hökumət qüvvələrinə qarşı hərbi əməliyyatlara qatılmaq məqsədilə yola çıxıb. Azərbaycan tərəfinin təqdim etdiyi məlumat əsasında, onun saxlanılması üçün müvafiq dövlət orqanları ilə birgə tədbirlər həyata keçirilib. Yunus Abdurahmanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə, Abdulla Həsənbəyov isə 29, 283-1.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. Onlara barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda bu cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.